“Bloomberg”: ABŞ yaxın günlərdə İranı vurmağa hazırlaşır


  • 10:08

ABŞ-ın yüksək rütbəli rəsmiləri yaxın günlərdə İrana mümkün zərbə endirməyə hazırlaşır.

E-huquq.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, potensial hücum iyunun 21-22-də həyata keçirilə bilər. Lakin planların dəyişməsi ehtimalı da var.

Qeyd olunub ki, hərbi hazırlıqlar artıq başlayıb.

Mənbələr bildiriblər ki, ABŞ prezidenti Donald Trampın ABŞ-ın İran-İsrail münaqişəsinə müdaxiləsi ilə bağlı mövqeyi son günlər Respublikaçı müttəfiqlərin təzyiqi nəticəsində kəskin şəkildə dəyişib.

Humay Eminqızı

Oxşar xəbərlər