- 17:37
İlon Maskın “SpaceX” şirkətinə məxsus raket Texasda sınaq zamanı partlayıb.
E-huquq.az xəbər verir ki, bu barədə şirkət “X”sosial şəbəkəsində paylaşım edib.
Hadisə yerli vaxtla 18 iyun saat 23:00 radələrində baş verib.
Qeyd edilib ki, raket ciddi anomaliya ilə qarşılaşıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb və yaxınlıqdakı sakinlər üçün təhlükə yoxdur.
Humay Eminqızı