- 17:37
Tehran ABŞ-nin İranla münaqişəyə İsrail tərəfində daxil ola biləcəyi ehtimalına cavab olaraq bütün variantları nəzərdən keçirir.
E-huquq.az xəbər verir ki, bunu İslam Respublikası xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib.
"Əgər Amerika sionist rejimin tərəfində aktiv şəkildə döyüş meydanına daxil olmaq istəsə, İran onlara dərs vermək və milli təhlükəsizlik və maraqlarını qorumaq üçün alətlərindən istifadə etməli olacaq. Biz bütün lazımi variantlara sahibik", - deyə o qeyd edib.
Humay Eminqızı