- 17:37
Meksikanın cənub-qərbinə təsir edən "Erik" qasırğası 4-cü kateqoriya fırtına statusuna çatıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğa Mərkəzi məlumat yayıb.
Bildirilib ki, qasırğa Meksikanın cənub-qərbində və onun ətrafında güclü yağışlara səbəb olacaq.
Sel və daşqınların baş verə biləcəyi barədə əhaliyə xəbərdarlıq edilib.
Meksika Prezidenti Claudia Sheinbaum bölgədəki bütün fəaliyyətlərin dayandırıldığını açıqlayıb. Prezident insanları evdə və ya sığınacaqlarda qalmağı tövsiyə edib.
Güclü yağışlar Braziliyada da yağmaqdadır. Braziliyanın Rio-Qrande-du-Sul əyalətinin rəsmiləri leysan yağışlar səbəbindən 2600-dən çox insanın yaşadığı əraziləri tərk etmək məcburiyyətində qaldığını açıqlayıb. Rəsmilər yağışlar nəticəsində elektrik enerjisinin kəsildiyini, torpaq sürüşmələrinin və bəzi körpülərin dağıldığını bildirib. Təbii fəlakət zamanı 2 nəfər həyatını itirib, 1 nəfər itkin düşüb.
Şəbnəm Mehdizadə