Hindistanda baş verən dəhşətli təyyarə qəzasının səbəbi məlum olub


  • 14:45

İyunun 12-də Hindistanda qəzaya uğrayan və 270-dən çox insanın həyatına son qoyan təyyarə qəzası ilə ilə bağlı aparılan araşdırmada mühüm nəticə əldə edilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, istintaq qrupları təyyarənin qəza enerjisi sisteminin qəzadan əvvəl aktiv olduğunu müəyyən ediblər.

“Wall Street Journal”ın məlumatına görə, bu, uçuş zamanı mühərrik və ya hidravlik sistemin nasazlığı kimi nadir və ciddi texniki problemin baş verə biləcəyini göstərir.

Bununla belə, araşdırma aparan ekspertlər hələ də fövqəladə vəziyyətin elektrik sisteminin mühərrik, hidravlik və ya digər sistem nasazlığı nəticəsində işə salındığını müəyyən edə bilməyiblər.

Aviaşirkət bu fasilələrə səbəb kimi yerə enmiş təyyarələri, texniki problemləri, hava məkanına məhdudiyyətləri və artan təhlükəsizlik prosedurlarını göstərib. İstintaq zamanı təyyarədə ciddi təhlükəsizlik zəifliyi aşkar edilməyib. Bununla belə, texniki xidmət proseslərində ləngimələrin və daxili koordinasiyanın olmaması barədə xəbərdarlıq edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər