- 20:01
Mövcud siyasət və enerji istifadəsi ilə dünya 2,7 dərəcə qlobal istiləşməyə doğru gedir.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, iqlim alimləri bu həddi aşmağın dağıdıcı ekstremal hava hadisələrinin daha da güclənməsinə və bəşəriyyət üçün daha ciddi roblemlərə gətirib çıxaracağını söyləyib. Alimlərin fikrincə, 1,5 dərəcə hədəf daxilində qalmaq şansının 66% olması üçün 2025-ci ildən sonra ümumi karbon emissiyaları 80 milyard tona qədər məhdudlaşdırılmalıdır. Lakin qlobal emissiyalar 2024-cü ildə yeni rekord qırdı və bu temp davam edərsə, bu büdcə iki ildən sonra tükənəcək. İqlim sisteminin gecikmiş reaksiyası səbəbindən 1,5 dərəcə həddinin bir neçə ildən sonra aşılması qaçılmazdır.
Mövcud siyasət və enerji istifadəsi ilə dünya 2,7 dərəcə qlobal istiləşməyə doğru gedir. Bu o deməkdir ki, kütləvi köçlər, sahil daşqınları, quraqlıq və kənd təsərrüfatı böhranları kimi daha böyük fəlakətlər üfüqdədir. Alimlər vurğulayırlar ki, hər 0,1 dərəcə artım daha çox əzab, köç və dağıntı deməkdir. Hesabatda planetin enerji balanssızlığının son 10 ildə 25% artdığı qeyd olunub.
Araşdırmada dəniz səviyyəsinin qalxmasının son 10 ildə 1971-2018-ci illərlə müqayisədə iki dəfə artdığı bildirilib. Dəniz səviyyəsinin ildə orta hesabla 4 mm qalxması sahilyanı ərazilərdə nəzarətsiz daşqınlara və 1,5 dərəcə həddi keçərsə, genişmiqyaslı daxili miqrasiyaya səbəb olacaqdır.
Alimlər xəbərdarlıq edirlər ki, karbon emissiyaları təcili olaraq azaldılmasa, geri dönüşü olmayan zərərlər qaçılmaz olacaq.
Şəbnəm Mehdizadə