- 20:01
Türkiyənin İzmir şəhərində 34 qanunsuz miqrant xilas edilib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə məlumat Sahil Mühafizə Komandanlığının internet saytında yer alır. İzmirin Çeşmə rayonu sahillərində qanunsuz miqrantları daşıyan rezin qayığın mühərrikində nasazlıq səbəbindən Çeşmə sahillərinə sürükləndiyi müəyyən edildikdən sonra sonra bölgəyə sahil mühafizə gəmisi təyin edilib.
Qayıqda olan 34 qanunsuz miqrant Komandanlığın əməkdaşlarının köməyi ilə xilas edilib.
Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.
Şəbnəm Mehdizadə