2 milyondan çox suriyalı qaçqın və məcburi köçkün öz evlərinə qayıdıb


  • 15:34

2024-cü ilin dekabrında Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra 2 milyondan çox suriyalı qaçqın və məcburi köçkün öz evlərinə qayıdıb.

E-huquq.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi məlumat verib.

BMT rəsmisi Dünya Qaçqınlar Günü ilə bağlı Suriyaya getdiyini bildirib.

"Dekabr ayından bəri 2 milyondan çox suriyalı qaçqın və köçkün evlərinə qayıdıb. Bu, bir daha sübut edir ki, bizə başqa bir qeyri-sabitlik və yerdəyişmə dalğası əvəzinə siyasi həllər lazımdır”, - deyə Qrandi bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər