- 17:37
14 illik müharibə və sanksiyalardan sonra Suriya Mərkəzi Bankı bu gün SWIFT vasitəsilə ilk birbaşa beynəlxalq kommersiya transferi həyata keçirib.
E-huquq.az xəbər verir ki, bu barədə Suriya Mərkəzi Bankının sədri Abdulkadir Husrieh məlumat verib.
Əməliyyat Suriya bankı ilə İtaliyadakı bir bankla kommersiya fəaliyyəti çərçivəsində həyata keçirilib.
Suriya 2011-ci ildə başlayan vətəndaş müharibəsi və ondan sonra gələn beynəlxalq sanksiyalar səbəbindən maliyyə cəhətdən təcrid olunub. Qərb ölkələri Bəşər Əsəd rejiminin sərt müdaxilələrindən sonra Suriyanı beynəlxalq maliyyə sistemindən kənarlaşdırıblar. Bu, ölkənin iqtisadi strukturuna dərindən təsir göstərərək rəsmi bank əməliyyatlarının dayanmasına səbəb olub. Lakin Əsəd rejiminin devrilməsi və Suriyada inkişaf hərəkatının başlaması ilə bu ölkənin qlobal maliyyə sisteminə yenidən inteqrasiya cəhdləri öz bəhrəsini verməyə başlayıb. Suriya Mərkəzi Bankının sədri Abdulkadir Husrieh 18 iyun 2025-ci il tarixində verdiyi açıqlamada ölkənin SWIFT sistemi vasitəsilə ilk birbaşa beynəlxalq bank köçürməsini həyata keçirdiyini açıqlayıb.
Husrieh bunu Suriyanın qlobal maliyyə sisteminə reinteqrasiyasında mühüm mərhələ” kimi qiymətləndirib.
“Bu addım Suriyanın müharibədən sonrakı iqtisadi bərpası üçün çox vacibdir” - deyə o əlavə edib.
Şəbnəm Mehdizadə