Almaniya İsrailə 4 milyon avro dəyərində silah ixracı edib


  • 16:11

Almaniyanın yeni hökuməti səlahiyyət müddətinin ilk beş həftəsində İsrailə təxminən 4 milyon avro dəyərində silah ixrac edib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, son illərdə sürətlə artan bu ticarət sosial reaksiyalardan asılı olmayaraq davam edir.

Almaniya İqtisadiyyat və İqlim Mühafizə Nazirliyi hökumətin 7 may-10 iyun tarixləri arasında İsrailə alman istehsalçılarına 3 milyon 986 min avro dəyərində silah tədarük etməsinə icazə verdiyini açıqlayıb.
Almaniyanın Təl-Əvivə silah və hərbi texnika satışı 2024-cü ildə 161,1 milyon avroya çatıb.

2023-cü ildə isə bu göstərici 327 milyon avro dəyərində olub.

Qeyd edək ki, Almaniyada silah ixracına Almaniya İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi, Xarici İşlər Nazirliyi və İqtisadi Məsələlər və İxrac Nəzarəti üzrə Federal Ofisin (BAFA) iştirakı ilə qərar verilir.

Almaniyanın üçüncü ölkələr vasitəsilə İsrailə silah ixracı ilə bağlı heç bir açıqlama verilməyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər