Türkiyədə yanğınsöndürən təyyarə qəzaya uğrayıb, 2 pilot yaralanıb


  • 17:37

Türkiyənin Adana şəhərində yanğınsöndürən təyyarə qəzaya uğrayıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı məlumat verib.

Nazir bildirib ki, Adananın Çukurova rayonunda çöllük ərazidə başlayan və meşəyə sıçrayan yanğına müdaxilə edən yanğınsöndürmə təyyarəsi Seyhan bəndindən su götürərkən naməlum səbəbdən qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan iki pilot yaralanıb.

Adana valisi Yavuz Səlim Köşger yaralılar şəfa diləyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər