- 00:56
Leninqrad vilayətinin vitse-qubernatoru İqor Petrov Vsevolojsk rayonunun Yukki kəndindəki bağ evində ölü tapılıb.
E-huquq.az xəbər verir ki, bu barədə “112” Telegram kanalı məlumat yayıb.
Onun silahını təmizləyərkən qəfil açılan güllədən öldüyü bildirilir. Evdə heç bir oğurluq əlaməti olmayıb.
İqor Petrov 2017-ci ildən Leninqrad vilayətinin vitse-qubernatoru vəzifəsini tuturdu.