İstanbulda güclü yanğın olub


  • 09:51

Türkiyənin İstanbul şəhərində anbarda güclü yanğın olub.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbulun Arnavutköy qəsəbəsində yerləşən və təxminən 5 min kvadratmetr sahəni əhatə edən logistika anbarında naməlum səbəbdən yanğın başlayıb
Əraziyə xilasetmə, jandarma və tibb qrupları cəlb edilib.

Yanğına yanğınsöndürənlər müdaxiləsi ilə 5 saat sonra söndürülüb.

Hadisə nəticəsində anbar yararsız hala düşüb.

Hadisənin səbəbləri araşdırılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər