Güclü külək universitetin dam örtüyünü uçurdu


  • 09:56

Türkiyənin Ardahan şəhərində güclü külək bir sıra fəsadlar törədib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, fırtına zamanı Ardahan Universitetinin kampusunda bəzi binaların dam örtüyü uçub.

Xoşbəxtlikdən hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Şəhərin bəzi yerlərində külək intensivliyini artırıb. Həmçinin bəzi yaşayış binalarının da dam örtüyü zədələnib.

Sakinlərə evdə qalmaq və ehtiyatlı olmaq barədə xəbərdarlıq edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər