İran hava məkanının bağlı qalma müddəti uzadıldı - YENİLƏNİB


  • 17:09

İranın hava məkanı 21 iyun yerli vaxtla saat 02:00-a qədər bağlı olacaq.

E-huquq.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının Yollar və Şəhərsalma Nazirliyinin nümayəndəsi Məcid Axavan məlumat verib.

"Son hadisələrlə əlaqədar olaraq, sərnişinlərin və uçuşların təhlükəsizliyi üçün ölkənin hava məkanı şənbə günü saat 02:00-dək bağlı olacaq. Ölkədə vəziyyət normallaşana qədər ölkənin hava məkanına tətbiq edilən məhdudiyyətlər qüvvədə qalacaq", - deyə Məcid Axavan bildirib.

***

İranın hava məkanı 20 iyun yerli vaxtla saat 14:00-a qədər bağlı olacaq.

E-huquq.az xəbər verir ki, bu barədə İslam Respublikasının Mülki Aviasiya Təşkilatı məlumat yayıb.

Humay Eminqızı

Oxşar xəbərlər