- 8 İyul 21:00
2030-cu ilə qədər Rusiya biznes şəraitinə görə dünya liderlərindən birinə çevrilməli və bu göstərici üzrə ilk 20-liyə daxil olmalıdır.
E-huquq.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu iddialı vəzifəni Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPİEF) plenar iclasında çıxışı zamanı qarşıya qoyub.
“Bu məqsədə çatmaq üçün Rusiya hakimiyyət orqanları və müvafiq idarələri xarici investorlar üçün daxili bazarın cəlbediciliyini artırmaq üçün mümkün olan hər şeyi etməlidir. Qeydiyyatın və biznesin aparılmasının sadələşdirilməsi effektiv addımlardan biri ola bilər”, - deyə prezident bildirib.
Putin bildirib ki, bundan əlavə, xarici sahibkarların və investorların investisiyalarını daha fəal şəkildə cəlb etmək üçün Rusiya iqtisadiyyatını texnoloji cəhətdən daha təkmilləşdirmək lazımdır.
“Bu, arzu deyil, günün tələbidir”, - deyə prezident fikrini yekunlaşdırıb.
Humay Eminqızı