- 22:12
Bu gün İrəvanda müxalif partiya nümayəndələrinin kütləvi həbsləri başlayıb.
E-huquq.az xəbər verir ki, bu barədə Ermənistan mediası "Telegram" kanallarında məlumat yayıb.
Məlumata əsasən, polis “Daşnaksütyun” (ARF) Erməni İnqilabi Federasiyası, Arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Müqəddəs mübarizə” tərəfdarları kimi müxalif partiya tərəfdarlarının kütləvi həbsinə başlayıb.
“Daşnaksütyun” bəyanat verərək “Baş nazir Nikol Paşinyanın Türkiyədə səfərdə olması ilə üst-üstə düşən bu kütləvi həbslərin səbəbi bilinməsə də, heç nə bizi susdura bilməyəcək” deyib.