Ərdoğan-Paşinyan görüşü yekunlaşdı, müzakirə olunan məsələlər açıqlandı - YENİLƏNDİ


  • 22:12

Ermənistanın baş naziri Nikol Paşinyan İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli əlaqələrin normallaşmasını müzakirə edib.

E-huquq.az xəbər verir ki, o, bu barədə “X” hesabında yazıb.

Onun sözlərinə görə, tərəflər həmçinin regional inkişafları və davamlı dialoqun əhəmiyyətini müzakirə ediblər.

Qeyd edək ki, tərəflər arasında görüş yekunlaşıb.

***

21.32

Türkiyə Prezidentli Rəcəb Tayyib Ərdoğanla Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş başa çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə CNN Türk telekanalı məlumat yayıb.

Prezidentlərin görüşü bir saat davam edib.

****

20:16

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.

E-huquq.az xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.

Məlumata əsasən, liderlərin məhdud tərkibdə görüşü Dolmabağça sarayında keçirilir.

Qeyd edək ki, iyunun 20-də N.Paşinyan Türkiyə Prezidentinin dəvəti ilə bu ölkəyə ilk işgüzar səfərə gedib.

Oxşar xəbərlər