Türkiyədə 446 qanunsuz miqrant saxlanıldı


  • 09:49

Türkiyədə miqrant qaçaqmalçılığı və qeyri-qanuni miqrasiya təşkilatçılarına qarşı yoxlamalar aparılıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

Nazir bildirib ki, aparılan yoxlamalar zamanı 446 qeyri-qanuni miqrant və 2-si xarici ölkə vətəndaşı olmaqla ümumilikdə 15 miqrant qaçaqmalçılığı təşkilatçısı saxlanılıb.

Qeyd edək ki, aşkar edilmiş qeyri-qanuni miqrantların ölkələrinə geri göndərilməsi prosesinə başlanılıb.

Humay Eminqızı

Oxşar xəbərlər