- 15:39
İsrail Müdafiə Qüvvələri pilotsuz təyyarələrin buraxılmasına cavabdeh olan İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") komandiri Aminpour Judakini öldürüb.
E-huquq.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat verib.
Qeyd olunub ki, Judaki öz səlahiyyətləri çərçivəsində İranın cənub-qərbindəki Əhvaz bölgəsindən İsrail ərazisinə yüzlərlə pilotsuz təyyarə hücumu təşkil edib.
13 iyun 2025-ci ildə "Sepah"ın Hərbi Hava Qüvvələrinin pilotsuz təyyarə qərargahının komandiri Taher Furun aradan qaldırılmasından sonra, Judaki əməliyyatlarda əsas rolu öz üzərinə götürüb.
Humay Eminqızı