- 15:39
Polşanın Mədəniyyət Nazirliyi, Rusiya tərəfindən mümkün işğal halında ölkənin ən qiymətli sənət əsərlərini xaricə çıxarmaq üçün planlar hazırlayır.
E-huquq.az xəbər verir ki, bu barədə Polşanın mədəniyyət naziri Hanna Vroblevska “Financial Times”a verdiyi müsahibədə məlumat verib.
O bildirib ki, nazirlik təxminən 160 müəssisədən evakuasiya olunacaq sənət əsərlərinin xaricdə yerləşdirilməsi üçün digər ölkələrin səlahiyyətli nümayəndələri ilə danışıqlar aparır. Təxliyə planına rəsm və heykəllərlə yanaşı, nadir kitablar və musiqi alətləri də daxildir.
Evakuasiya planının bu ilin sonunadək tamamlanması gözlənilir.
Hanna Vroblevska qeyd edib ki, bu təşəbbüs qismən Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra Polşanın Ukraynanın mədəni irsinin qorunmasına göstərdiyi dəstək təcrübəsinə əsaslanır. Həmin dövrdə Ukraynadan təxliyə edilən bəzi mədəni irs nümunələri bu gün də Polşada saxlanılır.
Layihəyə Polşa hərbi əks-kəşfiyyatının rəis müavini olmuş, ehtiyatda olan ordu polkovniki Maçey Matysiak rəhbərlik edir.
Humay Eminqızı