- 18:10
"İsrail bölgəni fəlakətə sürükləyir".
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin XİN başçısı Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci iclasında İsrailin İrana hücumları ilə bağlı çıxışı zamanı deyib.
Nazir İsraili qanunsuz hücumlara son qoymağa çağırıb: “Türkiyə olaraq İslam coğrafiyasının səsini daha da yüksəldəcək, qlobal ədalətin bərqərar olmasını ön planda tutacaq və zülmə qarşı dik durmağa davam edəcəyik. İsrail bölgəni tam bir fəlakətin astanasına sürükləyir. Burada ilk olaraq həmin fəlakətlərə son qoymaq üçün atacağımız sərt mövqe və birgə addımları müzakirə edəcəyik".
Şəbnəm Mehdizadə