Braziliyada daşqınlarda ölənlərin sayı 3 nəfərə çatdı


  • 14:02

Braziliyada həftənin əvvəlindən yağan güclü yağışların səbəb olduğu daşqınlarda ölənlərin sayı 3 nəfərə çatıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin cənubundakı Rio-Qrande-du-Sul əyalətində güclü yağışlar daşqınlara səbəb olub.

İndiyədək daşqınlarda 3 nəfər həyatını itirib, 1 nəfər itkin düşüb.

Yağışdan zərər çəkmiş ərazilərdən 6 minə yaxın insan təxliyə edilib.

Çayların daşdığı və bir çox evin su altında qaldığı ərazilərdə axtarış-xilasetmə işləri davam edir.

Bildirilib ki, 100-ə yaxın şəhər daşqından zərər çəkib və evakuasiya işlərinin çətinliklə davam etdirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər