- 18:10
Türkiyənin İstanbul şəhərində də meşələrə giriş qadağan edilib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə İstanbul valiliyi qərar qəbul edib.
Bildirilib ki, qərar meşə yanğınlarının qarşısını almaq məqsədilə atılıb.
Qərara əsasən İstanbulda iyunun 23-dən oktyabrın 15-dək meşəlik ərazilərə giriş və yaxınlıqda ocaq qalamaq qadağan edilib.
Bununla yanaşı milli parklara və qoruqlara girişin sərbəst olduğu bildirilib.
Şəbnəm Mehdizadə