- 18:10
Türkiyənin İstanbul şəhərində də güclü yanğın hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, İstanbulun Esenyurt səmtində yerləşən 5 mərtəbəli binanın zirzəmisində naməlum səbəbdən yanğın başlayıb. Yanğın qısa müddətdə zirzəmidən birinci mərtəbəyə keçib.
Yuxarı mərtəbədə köməksiz vəziyyətdə qalanlar təxliyə edilib. Yanğın nəzarət altına alınıb və söndürülüb.
Hadisə zamanı 1 nəfər xəsarət aıb, 13 nəfər tüstüdən zəhərlənib .
Hadisənin səbəbləri araşdırılır.
Şəbnəm Mehdizadə