Ankarada qaz sızması baş verib: ölənlər və yaralılar var


  • 14:58

Türkiyənin Ankara şəhərində zavodda qaz sızması baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Ankaranın Polatlı rayonunda zavodda boruların təmiri zamanı qaz sızması baş verib.

Hadisə nəticəsində 5 nəfər yaralanıb.

Əraziyə AFAD əməkdaşları və tibb qrupları cəlb edilib.

Yaralılar Polatlı Dövlət Xəstəxanasına aparıb.

Xəsarət alan 2 fəhlənin həyatını xilas etmək mümkün olmayıb.

Digərlərinin müalicəsi isə davam edir.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər