- 18:10
İsrailin Qəzzaya hücumları nəticəsində xəstəxanalara son 48 saatda 202 ölü, 1037 yaralı gətirilib.
E-huquq.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama yayıb.
Yanvarın 19-da əldə edilən atəşkəsi pozan İsrail ordusunun 18 martdan bu yana həyata keçirdiyi hücumlarda 5 599 fələstinli həyatını itirib, 19 097 fələstinli isə yaralanıb.
Ümumilikdə isə İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 55 908-ə, yaralıların sayı isə 131 138-ə çatıb.
Humay Eminqızı