- 10:09
İran İsraillə atəşkəs şərtlərini müzakirə etməyə hazırdır, lakin ABŞ Tehranın nüvə razılaşması ilə bağlı cavabını qaneedici saymadığı üçün danışıqları qəbuledilməz hesab edir.
E-huquq.az xəbər verir ki, bu barədə “The New York Times” iki İsrail hərbi rəsmisinə istinadən məlumat yayıb.
Mənbələrə görə, Vaşinqton Tehrana atəşkəs razılaşması üçün bir neçə mümkün çərçivə təklif edib. Lakin Amerika tərəfi İranın cavabını kifayət qədər konstruktiv hesab etmir. Hansı formatların təklif edildiyi və ABŞ-ın etirazlarının nədən ibarət olduğu açıqlanmayıb.
Bundan əvvəl İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İran danışıqlara hazırdır, lakin bunun üçün yəhudi dövləti təcavüzünə son qoymalıdır.