- 12:41
ABŞ-nin İrana qarşı endirdiyi hərbi zərbələr beynəlxalq hüququn və BMT Nizamnaməsinin ciddi şəkildə pozulması kimi qiymətləndirilir.
E-huquq.az xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani bildirib.
İrəvaninin BMT Təhlükəsizlik Şurasının sədri və BMT-nin baş katibinə ünvanladığı məktubda vurğulanır ki, ABŞ-nin İranın suverenliyi və ərazi bütövlüyünə qarşı hərbi təcavüzü beynəlxalq hüququn məcburi norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır.
Məktubda əlavə olunur ki, baş vermiş bu vəhşi və qanunsuz hərəkətlər beynəlxalq sülh və təhlükəsizliyə ciddi, genişmiqyaslı zərər vurur.
İran tərəfi BMT Təhlükəsizlik Şurasından təcili iclas çağıraraq, bu qanunsuz təcavüz aktının dərhal və ciddi şəkildə müzakirəyə çıxarılmasını tələb edir.