İsrailə 27 ballistik raket atıldı – YENİLƏNDİ


  • 11:35

İranın həyata keçirdiyi raket atəşləri nəticəsində İsraildə azı 16 nəfər yaralanıb.

E-huquq.az xəbər verir ki, bu barədə ölkənin milli təcili yardım xidməti məlumat yayıb.

Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

***

10.07

İrandan İsrail istiqamətinə 27 ballistik raket zərbəsi endirilib.

E-huquq.az xəbər verir ki, bu barədə İsrail Ordusu rəsmi məlumat yayıb.

Raket hücumları nəticəsində 11 nəfər xəsarət alıb, onlardan biri orta ağır vəziyyətdədir.

İsrail təhlükəsizlik qüvvələri əhalinin müdafiəsi üçün tədbirləri gücləndirib və əlavə hücumların qarşısını almaq üçün hazırlıqlarını davam etdirir.

Oxşar xəbərlər