- 09:23
Rusiya Xarici İşlər Nazirliyi (XİN) ABŞ tərəfindən İranda yerləşən bir sıra nüvə obyektlərinə endirilən zərbələri qəti şəkildə pislədiyini bəyan edib.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya XİN-in yaydığı rəsmi açıqlamada bildirilib.
“Rusiya ABŞ-nin İrandakı bir sıra nüvə obyektlərinə endirdiyi hücumları qətiyyətlə pisləyir. Bu addım İsrailin İrana qarşı həyata keçirdiyi hücumların ardınca atılıb”, – bəyanatda qeyd olunur.
Rusiya Xarici İşlər Nazirliyi həmçinin vurğulayıb ki, ABŞ-nin bu addımı BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır və məsuliyyətsiz qərar kimi qiymətləndirilməlidir.