- 09:22
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranın yeraltında yerləşən bütün nüvə obyektlərinə ABŞ Silahlı Qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində maksimum zərər dəyib.
E-huquq.az xəbər verir ki, bu barədə o, “Truth Social” platformasında paylaşım edib.
“Peyk görüntüləri göstərir ki, İranın bütün nüvə obyektələrinə maksimal zərər vurulub. ‘Məhv edilib’ ifadəsi tam dəqiqdir!” – deyə Tramp yazıb.
Dövlət başçısı əlavə edib ki, ən böyük dağıntılar yer səviyyəsindən xeyli aşağıda yerləşən obyektlərdə qeydə alınıb.