- 17:00
"Tesla" şirkəti ABŞ-nin Texas ştatının Ostin şəhərində çoxdan gözlənilən sürücüsüz taksi tətbiqini istifadəyə verib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri İlon Mask məlumat verib.
Mask dünyada maraqla gözlənilən və eyni zamanda “robotaksi” olaraq da bilinən “Cybercabs”lərdən Texas ştatının Ostin şəhərində istifadəyə başladığını bildirib.
Sükanında sürücüsü olmayan və sərnişin oturacağında bir nəfərin olduğu nəqliyyat vasitələrinin Ostində yollarda görülüb.
Mask, "robot taksilərin" 4,20 dollar ödəməklə sərnişin daşıyacağını qeyd edib.
Sözügedən məqliyyat vasitələri əlverişsiz hava şəraitindən və çətin yolayrıclarından yayınacaq, yaşı 18-dən az olan sərnişinləri daşımayacaq.
Şəbnəm Mehdizadə