Ankarada kəskin istilərlə bağlı əhaliyə xəbərdarlıq edildi


  • 13:45

Türkiyənin Ankara şəhərində kəskin istilərlə bağlı əhaliyə xəbərdarlıq edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Ankara Valiliyi mlumat yayıb.

Valiliyin yaydığı məlumatda bu həftə havaların 34 dərəcəyədək yüksələcəyi qeyd olunub.

İstilərlə əlaqədar xroniki xəstəlikləri olanların, yaşlıların və uşaqların çölə çıxarkən diqqətli olmaları tövsiyə edilib.

"Meteorologiya Baş İdarəsindən alınan son məlumatlara görə, bu həftə temperaturun mövsümi normalardan yüksək olacağı gözlənilir. Buna görə də xroniki xəstəlikləri olan vətəndaşların, ahıllar və uşaqlar diqqətli olmasında fayda var. Günün ən isti saatları olan 11:00-16:00 radələrində açıq yerlərdə olmamağa çalışmağınız tövsiyə olunur" - deyə məlumatda bildirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər