- 17:00
Türkiyənin İstanbul şəhərində saxta spirtli içkiyə qarşı mübarizə davam edir.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri şəhərdə saxta spirt istehsalı və ticarətinin qarşısını almaq məqsədilə əməliyyatlar keçirib.
İstanbulun Tuzla, Esenyurt və Başakşehir səmtlərində keçirilən 4 ayrı əməliyyatda 9 şübhəli saxlanılıb.
Axtarışlar zamanı spirt istehsalında istifadə edilən 50 min şüşə xammal, 18 ton 936 litr spirtli maye, 1250 spirt şüşəsi, 920 boş şüşə, 6 min 800 etiket ələ keçirilib.
Şübhəlilərin istintaqı başlayıb.
Şəbnəm Mehdizadə