- 17:00
Türkiyənin Malatya şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Malatyanın Yeşilyurt rayonunda iki avtomobilin toqquşması nəticəsində 11 nəfər xəsarət alıb.
Bölgəyə dərhal tibb və polis qrupları cəlb edilib.
Yaralılar təcili yardımla şəhərdəki xəstəxanalara aparılıb.
Qəzanın səbəbi araşdırılır.
Şəbnəm Mehdizadə