- 17:20
Türkiyənin Çankırı şəhərində daha bir nəfər Krım-Konqoz qızdırmasından ölüb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Çankırının Bayramören rayonunda heyvandarlıqla məşğul olan 42 yaşlı Fidan Çeküç iyunun 16-da yüksək hərarətlə Kurşunlu Dövlət Xəstəxanasına müraciət edib.
KKKA diaqnozu qoyulan qadın iyunun 17-də Çankırı Dövlət Xəstəxanasına, 19-da isə Ankaraya göndərilib.
Edilən bütün müdaxiləyə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Şəbnəm Mehdizadə