- 17:20
İsrail ordusunun Qəzzaya hücumları nəticəsində son 24 saatda 39 nəfər həyatını itirib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda son 24 saatda 317 nəfərin yaralandığı da bildirilib.
İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ümumilikdə həyatını itirənlərin sayının 55 min 998 nəfərə, yaralı sayı isə 131 min 559 nəfərə yüksəlib.
Şəbnəm Mehdizadə