Türkiyədə 2 həftə əvvəl intihara cəhd edən məhkəmə hakimi vəfat etdi


  • 16:32

Türkiyənin Mardin şəhərində otel otağında yaralı vəziyyətdə tapılan hakim dünyasını dəyişib.

E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, 2 həftə öncə Türkiyə Respublikasının Ali İnzibati Məhkəməsinin (Danıştay) hakimi Ahmet Hamidi qaldığı otel otağında öz silahı ilə intihara cəhd etmişdi. Yaralı ağır vəziyyətdə Mardin Tədris və Araşdırma Xəstəxanasına yerləşdirilmişdi. Daha sonra isə Ankaraya göndərilmişdi.

Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək olmayıb. A.Hamidi ötən gün axşam saatlarında müalicə aldığı xəstəxanada vəfat edib.

Xatıladaq ki, yerli mediada hakimin silahlı hücuma məruz qaldığı yazılsa da, Ədliyyə Nazirliyi bu məlumatları təkzib edtmi, A.Hamidinin intihara cəhd etdiyini açıqlamışdı.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər