- 17:20
Türkiyənin Balıkesir şəhərində meşə yanğını başlayıb.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Balıkesirin Kepsut rayonunda tarlada naməlum səbəbdən yanğın başlayıb. Getdikcə güclənən yanğın yaxınlıqdakı meşəyə çatıb.
Əraziyə Meşə Regional İdarəsinin yanğınsöndürənləri cəlb edilib.
Yanğının nəzarət altına alınması üçün havadan və qurudan müdaxilələr edilir.
Şəbnəm Mehdizadə