- 21:11
Türkiyənin bir sıra vilayətlərində havanın temperaturunun yükəsələcəyi gözlənilir.
E-huquq.az “TRT Haber” ə istinadən xəbər verir kisabahdan başlayaraq ölkə ərazisində havanın temperaturu mövsümi normadan 6-9 dərəcə yuxarı qalxacaq.
Havanın temperaturu Ankarada 34, İstanbulda 35, İzmirdə 39, Cənub-Şərqi Anadolu bölgəsində 41-42, Aydında 44 dərəcəyədək yüksələcək.
Ölkənin xüsusilə qərb və cənub bölgələrində havanın tempraturunun daha yüksək olacağı qeyd edilib.
Əhaliyə gözlənilən kəskin isti ilə bağlı xəbərdarlıq edilib.
Şəbnəm Mehdizadə