- 17:20
Rusiyanın Saxalin vilayətində baş verən ayı hücumu iki nəfərin həyatına son qoyub.
E-huquq.az TASS-a istinadən xəbər verir ki, hadisə yerində ağır yaralanan şəxs xəstəxanaya çatdırılarkən təcili yardım maşınında vəfat edib. Daha sonra yaxın ərazidə digər bir şəxsin cansız bədəni aşkar edilib.
Hadisə ilə bağlı Rusiya İstintaq Komitəsi tərəfindən araşdırma başladılıb.
Məlumata əsasən, istintaq orqanları Rusiya Cinayət Məcəlləsinin 293.3-cü maddəsinə (səhlənkarlıq nəticəsində iki nəfərin ölümünə səbəb olma) maddəsinə əsasən cinayət işi açıb.
Hazırda istintaq tədbirləri davam etdirilir.
Humay Eminqızı