- 20:55
İranın Gilan əyalətində İsraillə əməkdaşlıq etdiyi iddia edilən 36 nəfər saxlanılıb.
E-huquq.az xəbər verir ki, hadisə ilə bağlı “Tasnim” xəbər agentliyinə danışan Gilan polis rəisi Hüseyn Həsənpur məlumat verib.
"Düşmənlə əməkdaşlıq edən, pilotsuz təyyarələrlə hərbi bölgələri lentə alan, yanğın törədən, əldəqayırma bombalar hazırlayan və müxalif qruplarla əməkdaşlıq edən 36 nəfər saxlanılaraq qanuni orqanlara təhvil verilib", - deyə polis rəisi bildirib.
Saxlanılan şəxslərdən 20 batareya, 15 rabitə vasitəsi, 1 pilotsuz uçuş aparatı, 4 əldəqayırma bomba, 2 peyk internet qəbuledicisi, partlamağa hazır 50 partlayıcı və 39 müxtəlif qanunsuz elektron cihaz ələ keçirilib.
Humay Eminqızı