- 01:13
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qətərdəki Əl-Udeyd aviabazasına kütləvi raket zərbəsi endirdiyini təsdiqləyib.
E-huquq.az xəbər verir ki, bəyanatda Bəşərat əl-Fəth əməliyyatının bir hissəsi olan cavab hücumunun İranın Ali Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiqləndiyi bildirilib.
“Vur və qaç” erası başa çatıb – hər hansı təkrar hücumlar ABŞ-nin Qərbi Asiyada mövcudluğunun dağılmasını sürətləndirəcək”, – deyə İİKK bildirib.
Bəyanatda həmçinin deyilir ki, “gələcək hücumlar həm ABŞ-ın bölgədəki hərbi infrastrukturunun, həm də sionist rejimin dağılmasına səbəb ola bilər”.
***
21.22
İran bəyan edib ki, onun ABŞ hərbi bazalarına qarşı keçirdiyi əməliyyat "Qələbə müjdəçisi" adlanır.
E-huquq.az xəbər verir ki, hazırda İran Qətərdəki və İraqdakı ABŞ hərbi bazalarına zərbələr endirir.
İran Qətərdəki ABŞ bazalarına 6, İraqdakı bazalara isə 1 raket buraxıb.
Bu arada İraqdakı Əl_hərir bazası da təhlükə altındadır. ABŞ Prezidenti Donald Tramp Təhülkəsizlik Şurasının iclasını çağırıb.
İraqdakı ABŞ aviabazaları döyüş hazırlığı vəziyyətinə gətirilib. Bu barədə "Reuters" xəbər verir.
***
21.19
İran İraqdakı ABŞ hərbi bazasını da raket atəşinə tutub.
E-huquq.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
***
20.55
Qətərin paytaxtı Dohada bir neçə güclü partlayış səsləri eşidilib.
E-huquq.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, İran Qətərdəkı ABŞ hərbi bazasına ümumilikdə 6 raket atıb. Hücum nəticəsində mümkün tələfat və dağıntılar barədə hələlik rəsmi məlumat verilməyib.