- 01:13
ABŞ qırıcıları Səudiyyə Ərəbistanındakı hərbi hava qüvvələri bazasından havaya qalxaraq İrana doğru gedir.
E-huquq.az xəbər verir ki, bu barədə "Əl-Ərəbiə" telekanalı məlumat yayıb.
Telekanal onu da vurğulayıb ki, Qətərin hava hücumundan müdafiə vasitələri İranın Əl-Udeyd aviabazasına atdığı 10 raketdən 9-nun qarşısını alıb.
Bu arada Bəhreyn rəsmiləri İranın ABŞ-ın hücumlarına cavab verməsi ilə bağlı narahatlıqlar səbəbindən hava məkanlarını müvəqqəti bağladıqlarını bildiriblər.