Ərdoğan NATO-nun sammitinə qatılacaq


  • 01:07

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan 24-25 iyun tarixlərində Haaqada keçiriləcək NATO Dövlət və Hökumət Başçıları Zirvə toplantısında iştirak edəcək.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin sözçüsü Fahrettin Altun bildirib.

"Prezident Rəcəb Tayyib Ərdoğan Haaqada keçiriləcək NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısında iştirak etmək üçün 24-25 iyun tarixlərində Hollandiya Krallığına səfər edəcək. Zirvə toplantısında risk və təhdidlər ətrafında fikir mübadiləsi aparılacaq. Sammitdə müttəfiqlərin müdafiə xərclərini cari təhlükəsizlik mühitinin tələb etdiyi səviyyəyə çatdırmaq üçün Avro-Atlantik coğrafiyası yeni bir Müdafiə İnvestisiya Öhdəliyi qəbul ediləcək”.

Oxşar xəbərlər