- 12:24
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın sərhədyanı Sumı vilayətini atəşə tutması nəticəsində üç nəfər ölüb.
E-huquq.az xəbər verir ki, bu barədə regionun polisi məlumat yayıb.
“Düşmən hücumu nəticəsində üç dinc sakin həlak olub. Onların arasında dağılmış evin qalıqları altından çıxarılmış 8 yaşlı oğlan da var. Daha altı nəfər, onlardan üçü uşaq olmaqla, müxtəlif dərəcəli xəsarətlər alıb. Bütün yaralılar xəstəxanaya yerləşdirilib, onlara lazımi yardım göstərilir”, – polisin teleqram kanalında bildirilib.
Qeyd olunub ki, Rusiya ordusunun zərbəsi nəticəsində həmçinin 30 yaşayış evi və dörd avtomobilə ziyan dəyib. Bundan başqa, hadisə yerində yanğın da başlayıb.