Türkiyədə qədim Roma dövrünə aid sümük fraqmentləri aşkarlanıb


  • 09:46

Türkiyənin Kahramanmaraş şəhərində insana məxsu sümük qalıqları tapılıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kahramanmaraşın Türkoğlu rayonunda bir fermer tərəvəz əkmək üçün torpağı qazarkən yerin altında kameralı məzar tapıb.

Məzardan qədim Roma dövrünə aid olduğu ehtimal edilən çoxlu sayda insan kəlləsi və sümük parçaları tapılıb.

Əraziyə Jandarma Komandanlığlnın əməkdaşları cəlb edilib.

Tapılan kəllə və sümüklər Kahramanmaraş Arxeologiya Muzeyi İdarəsinə təhvil verilib.

Mühafizə olunan ərazidə qazıntı işləri davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər