- 13:06
Türkiyənin 14 vilayətində FETÖ terror təşkilatına qarşı növbəti əmıliyyat keçirilib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbul Şəhər Prokurorluğunun aparıdığı istintaq çərçivəsində 21 nəfərin FETÖ/PDY-nin gizli strukturunda fəaliyyət göstərdiyi müəyyən edilib
Polisin İstanbul, Ankara, Aydın, Antalya, Balıkəsir, Batman, Ərzincan, Qaziantep, İzmir, Kahramanmaraş, Mardin, Muğla, Samsun və Sivasda eyni vaxtda keçirdiyi əməliyyat zamanı 21 nəfər saxlanılıb.
Şübhəlilərin polis bölməsində istintaqı davam edir.
Şəbnəm Mehdizadə