Məzmuna keç

Bursada ağır qəza: ölən və yaralılar var

Türkiyənin Bursa şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Bursanın İznik rayonunda, İznik-Yenişehir avtomobil yolunda minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Yaralılar İznik Dövlət Xəstəxanasına aparılıb. Onların vəziyyətinin yaxşı olduğu bildirilib.

Qəza ilə bağlı araşdırma aparılır

Şəbnəm Mehdizadə